Bu il kakao istehsalında ciddi azalmanın baş verməsi şokalad istehsalında problemlər yaradıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, qobal bazarda yaşanan yüksək inflyasiya, Rusiya-Ukrayna müharibəsinin yaratdığı tədarük və digər problemlər şokolad istehsalına təsirsiz ötüşməyib. 

Belə ki, şokoladın əsas tərkib hissəsi olan kakaonun qiyməti hazırda 1 ton üçün 3160 dollara satılır. Bu isə son 46 ilin ən yüksək səviyyəsidir. 

Bu il kakaonun qiymətində 40 faiz qiymət artımı baş verib. Bu artım şokalad istehsalında böhranın yaranmasına yol açıb.

Gülşən Şərif