Sui-qəsd cəhdi nəticəsində yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun müalicəsi Bratislavadakı evində davam edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə onun müalicə aldığı tibb müəssisəsi məlumat yayıb.

Qeyd edək ki, Baş nazirə qarşı sui-qəsd cəhdi mayın 15-də olub. R.Fitso ictimaiyyət arasında çıxdıqdan sonra ona atəş açılıb və o, sinə və qarın nahiyələrindən çoxsaylı xəsarətlər alıb. Baş nazirinin həyatına sui-qəsd cəhdi 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib. Həmin şəxs polis tərəfindən tutulub.