Şirvan rayonunda yol qəzası olub, xəsarət alanlar var.
İqtisadiyyat.az Report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində şadlıq saraylarıdan birinin yaxınlığında qeydə alınıb.
Yol qəzası zamanı Hacıqabul rayonunun Muğan kəndinin sakini, 1986-cı il təvəllüdlü Umudov Emin Mehdi oğlu və Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Abbasov Səbuhi Gülməmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.