Şirvan şəhərində xəstəxanalardan birində koronavirus ocağı müəyyən edilib və TƏBİB tərəfindən dərhal tədbir görülüb.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, virusun alovlanma tendensiyası ola bilər:

“Bu yaxınlarda Şirvan şəhərində müəyyən edilən koronavirus ocağı lokal şəkildə məhdudlaşdırıldı. TƏBİB tərəfindən dərhal tədbir görüldü. Virusun daha geniş şəkildə yayılmasının qarşısı alındı”.