"Şinkar Holding" məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, Mərkəzi Bank şirkətə cərimə protokolu tərtib edib.

İş Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, cərimə protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib edilib.

Həmin maddədə göstərilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.