Keçən ay həddindən artıq yüklənmiş Şimali Koreya gəmisi ölkənin cənub sərhəd bölgəsinin sularında çevrilərək 90-a yaxın əsgərin ölümünə səbəb olub.

İqtisadiyyat.az bu barədə "TV Chosun"a istinadən xəbər verir.

Bildirib ki, mayın əvvəlində baş verən qəza orduda əhəmiyyətli daxili qarışıqlıq yaradıb.

Böyük gəmidə ordudan səfərbər edilmiş 130-dan çox işçinin olduğu və qrupun ölkənin şərqində sərhəd istehkamlarının tikintisi üçün daşınarkən çayda batdığı bildirilib.

 

Gözəl Həşimova