Şimali Koreya Honq-Konq və Liviyadakı diplomatik nümayəndəliklərini bağlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi açıqlama verib.

Qeyd edək ki, Cənubi Koreya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, son aylarda bəzi ölkələrdə səfirliklərin bağlanması ilə bağlı qərarlardan sonra Şimali Koreyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı 53-dən 44-ə enib.