Şimali Kiprdə meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb.

Bu barədə Şimali Kipr Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda xəstənin təcridxanaya yerləşdirildiyi bildirilib.

Bundan əlavə, xəstənin təmasda olduğu şəxslərin də dəqiqləşdirilməsi üçün prosedurlara başlanıldığı qeyd edilib.