"Pençe-Kilit" əməliyyatı bölgəsində təsbit edilən 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb. 

"İraqın şimalında terror təşkilatı PKK-ya qarşı əməliyyatlarımız sürətli şəkildə davam edir. "Pençe-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Terrorçuların yuvalarını dağıtmağa davam edəcəyik", - Nazirliyin sosial media hesabından bildirilib.