Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Çinə etdiyi səfər nəticəsində bu ölkə ilə siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirib, iqtisadi əlaqələri inkişaf etdirib, eyni zamanda Əlcəzairin BRİCS üzvlüyünə zəmin hazırlayıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Tebbun hələ 2019-cu ildə vəzifəyə gəldikdən sonra ilk dəfə Pekinə səfəri çərçivəsində çinli həmkarı Si Tsinpin ilə 19 saziş və anlaşma memorandumu imzalamışdı.

Eyni zamanda, iki ölkədən iş adamlarının qatıldığı forumda isə 12 müqavilə imzalanıb.

Son səfər nəticəsində iki ölkə arasında aparılan danışıqların məzmunu, Tayvan məsələsi və BRİCS də daxil olmaqla ümumi maraq doğuran sahələr üzrə mövqelər nəzərdən keçirilib.

İddia edilir ki, bütün bu danışıqlar iki ölkənin daha da yaxınlaşmasının ilkin siqnallarıdır.