Səudiyyə Ərəbistanı Kopenhagendə Qurani-Kərimin yandırılması ilə əlaqədar Danimarkanın Ər-Riyaddakı rəsmi nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.

İqtisadiyyat.az məlumat verir ki, yazılı açıqlamada, Danimarkada radikal bir qrupun Quranı yandırmaq, İslam və müsəlmanlara qarşı irqçi şüarlar səsləndirmək kimi hərəkətlərinin daha əvvəl də pisləndiyi bildirilib.

Eyni zamanda Ər-Riyaddakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notası verilib.

Bildirilib ki, beynəlxalq normalara, qanunlara uyğun gəlməyən bu cür biabırçı hərəkətlərin qarşısı alınmalıdır. Səudiyyə Ərəbistanı dinlər arasında nifrət yayan bu hərəkətləri qəti şəkildə rədd edir.

Xatırladaq ki, Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qrupunun üzvləri Quranı yandırıblar.