Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu və Oman İnvestisiya İdarəsi arasında anlaşma memorandumu imzalanıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, anlaşmaya görə, Səudiyyə Ərəbistanı Omana 5 milyard dollarlıq sərmayə qoyub.

Oman xəbər agentliyi ONA və Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı bu anlaşma memorandumu ilə Omanda müxtəlif aktiv sahələrə və bəzi hədəf sektorlara daxil olan investisiyalarını artırmağı hədəfləyir.