"Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİCS-ə qoşuldu və təşkilatın tamhüquqlu üzvü oldu".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalı "Əl Ekhbariya" məlumat yayıb.

"Krallığın Rusiya, Çin və digər ölkələrin daxil olduğu BRİCS qrupuna tamhüquqlu üzvlüyü rəsmən başlayıb ki, bu da onun dünyada mövqeyini gücləndirir", - telekanalın açıqlamasında qeyd edilib.