Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Maxta kəndində biçilmiş taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.