Naxçıvanın rəsmi qəzeti olan “Şərq qapısı”na yeni baş redaktor təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 26 dekabr 2023-cü il tarixli sərəncamı ilə Sara Nurəddin qızı Əzimova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, “Şərq qapısı” qəzetinin bundan əvvəlki baş redaktoru Mehriban Sultanova olub və noyabrın 27-də vəzifəsindən azad olunub. 

Daha sonra qəzetə rəhbərlik baş redaktorun müavini Məmməd Babayeva həvalə olunub.

Qeyd edək ki, Sara Əzimova bundan əvvəl "Şərq qapısı" qəzetində müxbir, şöbə müdiri, məsul katib müavini kimi fəaliyyət göstərib.

2016-cı ildən isə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü idi.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə medianın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.