Serbiya prezidenti Aleksandar Vucic Rusiyaya xəbərdarlıq edib ki, Rusiya hərbi şirkətinin “Vaqner”in ölkəsindən əsgər toplamaq cəhdlərini dayandırsın.


İqtisadiyyat.az xəbər verir ki, Serbiya mətbuatında çıxan xəbərlərdə Vuçiçin Vaqnerin Serbiyadan əsgər toplamaq cəhdləri ilə bağlı açıqlamalarına yer verilib.

Vuçiç serbləri Ukraynada döyüşməyə çağırmağın ədalətli olmadığını deyib və əlavə edib: "Serbiya Avropada Rusiyaya sanksiya tətbiq etməyən yeganə ölkədir. Rusiya Vaqnerin Serbiyadan əsgər toplamaq cəhdlərini dayandırmalıdır." dedi.