Azərbaycanın Xankəndi şəhərindəki separatçıların keçmiş “komandir”i Levon Mnatsakanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “general”a yaxın mənbə açıqlayıb.

Bundan əlavə, separatçıların “Təhlükəsizlik Şurası”nın keçmiş “rəhbər”i Arşavir Qaramyan da saxlanılıb.