Qarabağda yaşayan separatçı jurnalist Tatul Akopyan Xankəndidəki qanunsuz rejimdən Azərbaycanla danışıqlara başlamağı tələb edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə öz Feysbuk hesabında paylaşım edib:

"Məndə olan məlumata görə, Azərbaycan ordusu müdafiə xəttini yarıb. Onlar indi Xocavənd və Əsgəran istiqamətində irəliləyirlər. Bizim "qüvvə"lərimiz qanlı və qeyri-bərabər döyüşdədir. Hörmətli Ermənistan və Qarabağ "rəhbər"liyi, danışıqlara gedin və bizim həmyerlilərimizi xilas edin, qərar verməkdən qorxmayın. Gedin və Azərbaycan tərəfi ilə danışıq aparın" - T.Akopyan yazıb.