Şəmkirdə quş kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə İqtisadiyyat.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən fiziki şəxs Musayev Vahid Məstan oğluna məxsus quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, quş ətinin baytarlıq müayinəsindən keçirilmədiyi, istehsal və saxlama zamanı quş ətinə baytarlıq-sanitariya nəzarətinin aparılmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı aşkarlanıb.

Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul olunub.