Liviyanın şərqinə təsir edən sel fəlakətində sahilyanı Suse şəhərində 50 ailə itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Suse şəhərinin meri Vail Berik şəhərdəki son vəziyyətlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, şəhərin bir məhəlləsini sel aparıb və ora daşlarla dolub: "Xilasetmə qrupu bir neçə dəfə məhəlləni gəzsə də, itkin düşən insanların səslərini eşitməyiblər. İndiyə qədər heç bir təşkilatın komandası axtarış-xilasetmə və yardım üçün Suseyə çatmayıb".

Qeyd edək ki, sel fəlakətində ölənlərin sayı 3 mini və itkin düşənlərin sayı isə 10 mini ötüb. Buna görə də dünən ölkə daxilində 3 günlük matəm elan edilib. Liviya Prezident seldən zərər çəkmiş bölgələr üçün beynəlxalq qurumlardan kömək istəyib.  

 

Gözəl Həşimova