Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası baş tutub.

Səhiyyə Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, nazirin müavini Rasim İsmayılovun sədrliyi ilə keçən iclasda işçi qrupun müvafiq qurum nümayəndələri yarımillik hesabatlarla çıxış ediblər.

Həmçinin, Komissiyanın fəaliyyətinin daha da optimallaşdırılması məqsədilə digər qurumları təmsil edən yeni üzvlərin təqdimatları dinlənilib.

Video-konfrans formatında keçirilən iclasda səhiyyə sahəsində aparılan yeni islahatlar, gələcək istiqamətlər barədə məlumatlar verilib. Həmçinin, sağlam həyat tərzinin təbliği istiqamətləri, səhiyyə xidmətlərinin əlçatanlığı və s. bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

İclasın sonunda növbəti görüşdə müzakirə olunacaq işlər barədə qərar verilib.