Dünya yeni təhlükəli virusla üz-üzə qalıb. Artıq Çində koronavirus infeksiyalarına yoluxanların sayı 830-u, bu virus nəticəsində ölənlərin sayı isə 26-nı ötüb.
İqtisadiyyat.Az APA-ya istinadən xəbər verir ki, koronavirusun qeydə alındığı Çinin Hubei əyalətində giriş-çıxışın məhdudlaşdırıldığı şəhərlərin sayı 9-a çatıb. Uhan şəhərindən sonra Eçjou, Xuanqan, Syantao, Çjiçzyan, Çyançzyan, Xuanşi, Enşi və Syannin şəhərlərinə də giriş-çıxış bağlanıb.
Ötən gün səhər saatlarından Uhan şəhərində ən ciddi karantin elan olunub. Uhanda metro işini dayandırıb, şəhərə sərnişin avtobusları buraxılmır, hava limanından və dəmiryol vağzallarından gediş-gəliş təxirə salınıb. Rəsmi dairələr xüsusi hallar olmadığı təqdirdə şəhərə getməyi tövsiyə etmir.
Azərbaycan necə, bu qorxulu virusla mübarizəyə hazırdırmı?
Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan həftədə iki dəfə (II və VII günləri) Çinin paytaxtı Pekin şəhərinə və iki dəfə (III və VII günləri) Quançjou şəhərinə uçuşlar yerinə yetirir. Bu səbəbdən virusun Azərbaycanda yayılma təhlükəsinin olub-olmamasını araşdırdıq.
Səhiyyə Nazirliyi: Ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb
Məsələ ilə bağlı APA-ya açıqlama verən Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib ki, hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət sabitdir və heç bir xəstəliyin alovlanması yoxdur: “Viruslarla bağlı təhlükə hər zaman və hər bir ölkə üçün var. Çünki sərhədlər açıqdır, gediş-gəliş də var, hər şey ola bilər. Sadəcə epidemioloji nəzarət sistemi yaxşı işləməlidir ki, bunun qarşısı alınsın. Bizdə bu sahədə həm təşkilati qurumlarımız, həm kadrlarımız, həm də laboratoriyalarımız var. Səhiyyəmiz buna hazırdır”. V.Qasımov deyib ki, Səhiyyə naziri ötən ilin axırında bununla bağlı əmr verib, bütün hazırlıq işləri görülüb: “Qorxulu olan təkcə koronavirus deyil, digər viruslar da var. Bunlar hamısı oxşar viruslardır. Ağciyər Xəstəlikləri İnstitutunda ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb”.
V.Qasımov qeyd edib ki, hazırda ölkədə mövsümi xarakterli olan və bütün Avropa ölkələrində, o cümlədən də Azərbaycanda yayılan qrip virusudur. Koronavirusla bağlı isə ölkədə sakitlikdir.
Sektor müdiri viruslara yoluxmamaq üçün əhaliyə əlləri tez-tez yumağı, xəstələnən zaman həkimə müraciət etməyi, xəstə vəziyyətdə işə getməməyi, maskalardan istifadə etməyi məsləhət görüb.
Gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə APA-nın sorğusuna cavabında bildirib ki, insanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır: “Gömrük-sərhəd buraxılış məntəqələrində öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simptomları olan fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir. Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün yerlər ayrılıb. Zəruri əşyalarla təmin edilən həmin yerlərdə xəstələrin müayinəsinə lazımi şərait yaradılıb. Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir”.
N.Axundov deyib ki, eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir: “Bundan başqa, Səhiyyə Nazirliyi, digər müvafiq dövlət qurumları, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün müəyyən edilən mütəmadi əlaqə mexanizmlərinə uyğun olaraq müvafiq işlər həyata keçirilir”.
Xatırladaq ki, Azərbaycanın Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Çində yeni yayılmış koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nazirlik beynəlxalq səfərlər və ticarət əlaqələri zamanı vətəndaşları diqqətli olmağa çağırıb: “31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur.
Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:
Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;
Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;
Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;
Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar”.
Xəbər lenti
DİM: "Builki keçid ballarında dəyişiklik gözlənilir"
31 İyul,10:19
MSK sədri xaricdəki Azərbaycan vətəndaşlarına müraciət edib
31 İyul,10:17
Paris-2024: Günün proqramı
31 İyul,10:13
Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı
31 İyul,10:09
Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı icmaların yaradılması ilə bağlı tədbirlər keçiriləcək
31 İyul,10:08
390-a yaxın deputatlığa namizəd qeydə alınıb
31 İyul,10:07
Azərbaycan neftinin qiyməti 2 % azaldı
31 İyul,10:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
31 İyul,10:02
Dünyanın ən bahalı pivə brendləri – SİYAHI
31 İyul,10:00
Bakıda gəmi yanır - YENİLƏNİB
31 İyul,09:47
İsrail ölkənin şimalına uçuşları dayandırdı
31 İyul,09:44
“Karkas” şirkəti ötən ili zərərlə başa vurub, kiçilib
31 İyul,09:39
İranda HƏMAS liderinin öldürülməsindən sonra fövqəladə iclas keçirilir
31 İyul,09:31
Lirə manat qarşısında ucuzlaşdı
31 İyul,09:22
"Microsoft" xalis mənfəətini 10% artırıb
31 İyul,09:12
"Sumqayıt" Konfrans Liqasında cavab oyununa çıxır
31 İyul,09:10
Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərində qaz olmayacaq
31 İyul,08:56
Həmas liderinin öldürülməsi nəticəsində neft qiymətləri bahalaşdı
31 İyul,08:53
Bakıda hazırda bəzi yollarda sıxlıq müşahidə olunur
31 İyul,08:33
“HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb
31 İyul,07:40
Bu gündən MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlanır
31 İyul,07:17
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
31 İyul,06:59
Qəzzada hepatitə yoluxanların sayı 40 minə çatır
30 İyul,23:41
Bakıda taxta sexində yanğın olub - YENİLƏNİB - 2
30 İyul,23:25
Venesuelada iğtişaşlarda 749 nəfər saxlanılıb
30 İyul,23:12
Gəncədə çaydan meyit tapıldı
30 İyul,22:34
Bu ərazilərdə qaz olmayacaq
30 İyul,22:18
ÇL: "Qarabağ" növbəti mərhələyə yüksəldi
30 İyul,22:02
İsrail Beyruta raketlə hücum etdi
30 İyul,21:59
“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirildi
30 İyul,21:42
ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq etdi
30 İyul,21:23
Kənd qadınlarının hüquqları ilə bağlı tədbir keçirilib - FOTO
30 İyul,21:08
Sabirabadda yük maşını piyadanı vurdu
30 İyul,20:55
Böyükşorda günəş enerjisi qurğusu istismara verildi
30 İyul,20:33
Pakistanın Azərbaycandakı səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
30 İyul,20:14
Yayılması qanunla qadağan edilmiş informasiyanı ictimailəşdirən şəxs həbs edildi
30 İyul,19:58
SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək
30 İyul,19:51
Livandan İsrailə 10 raket atıldı
30 İyul,19:38
Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxladı
30 İyul,19:17
Bakıda hazırda sıxlıq olan yollar açıqlanıb - SİYAHI
30 İyul,19:04
Çox oxunanlar
Azərbaycanda bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI
Cəmiyyətin boşanma problemi: ailələr niyə dağılır?
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub - SİYAHI
Biçilmiş taxıl sahələrini yandırmaq məhsuldarlığı artırır? - ARAŞDIRMA
Aksiz dərəcələri artırıldı: Azərbaycanda siqaret bahalaşacaq?
Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI
“Azercell” bu “zerkalnı” nömrələri fantastik qiymətə satışa çıxardı - MƏBLƏĞ - SİYAHI
“AzInTelekom” milyonluq tenderi “sevimli şirkət”inə verdi
Natiq Əmirova ağır itki üz verib
KL: "Sumqayıt" "Fehervar"a məğlub oldu
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
VK-nın Aparat rəhbəri işdən çıxdı, yüksək vəzifəyə təyin olundu
Prezident Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz yaralanıb
Azərbaycanda ilk dəfə abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradılıb
Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib - FOTO
İmişlidə yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Vəkillər Kollegiyasının 3 üzvü IV “Yüksəliş" müsabiqəsinin qalibi olub
Azərbaycan Türkmənistanın axtarışa verdiyi şəxsi ölkəsinə təhvil verdi
“Özünəməşğulluq fəaliyyətinin təşviqi” layihəsinə start verilib - FOTO
Ermənistana məxsus PUA Tovuzdakı mövqelərimiz üzərində kəşfiyyat uçuşuna cəhd göstərib
Polkovnik Həziyev həbs olundu
“Azercell” rouminq xidmətini bahalaşdırdı: bir meqabayt 6 manat oldu - SİYAHI
Azərbaycan xaricdən 248 milyon dollarlıq əczaçılıq məhsulları aldı
Müdafiə Nazirliyindən Ermənistanın təxribatı barədə BƏYANAT
ABŞ-nin maliyyə sanksiyaları dünya ölkələrinin üçdə birinə təsir edib
Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edilib
Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Bakının bu məşhur bazarı ilə bağlı qərar verildi
AQTA bu sahibkarlara xəbərdarlıq edib
Azərbaycanda bu taksi şirkəti bağlandı
SDU-nun təbliğat görüşlərinə start verilir
Anasını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Şəhid zabit Həmid Həmidlinin xatirəsi anılıb - FOTO
Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Ombudsman Aparatının mətbuat katibi vəzifəsindən azad olunub
Ceyhun Bayramov Polşa səfirini qəbul edib
Dünyada sudan ən çox istifadə edən regionlar - ARAŞDIRMA
Siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb
Naxçıvanda neçə bank fəaliyyət göstərir?