“Şəhid ailələri və qazilərə sosial-psixoloji dəstək proqramı” layihəsinin növbəti təlimi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2023-cü il kiçik qrant müsabiqəsi” layihəsində qalib olmuş “Şəhid ailələri və qazilərə sosial-psixoloji dəstək proqramı” layihəsinin icrasına davam edir.

Layihənin növbəti təlimi Psixologiya Elmi-Tədqiqat İnstitutununda həyata keçirilib. Təlimdə institutun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva “Travmatik böhranlar və müdaxilə üsulları” mövzularını tədris edib.

Daha sonra institutun əməkdaşı, psixoloq Çinarə Kazımzadə iştirakçılarla qrup terapiyası həyata keçirib.

Dərs zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, zəruri olan praktik biliklər də verilib.

media-img-20231226-wa0069-x4yiqkfu08m27rtp361w.jpg

media-img-20231226-wa0070-gciwkrvm7a10sqbuej2y.jpg

media-img-20231226-wa0069-x4yiqkfu08m27rtp361w-150x150.jpg

media-img-20231226-wa0070-gciwkrvm7a10sqbuej2y-150x150.jpg

media-img-20231226-wa0068-3rj0hwyf2vome71ntc5s-150x150.jpg

media-img-20231226-wa0065-buj45epkfhosm6qgv013-150x150.jpg

media-img-20231226-wa0066-vmcebw46hsak5fop2r1q-150x150.jpg

media-img-20231226-wa0067-xwnyagrb09z6th1lvmo3-150x150.jpg

media-img-20231226-wa0064-m3h8pckiy7wa1zltfbge-150x150.jpg

media-img-20231226-wa0070-9ezsfk8pjro5macnigyu-150x150.jpg

media-img-20231226-wa0069-itwuo3ygzv2b8exjf67s-150x150.jpg

media-img-20231226-wa0068-7rbqezsply8a4nwv65ko-150x150.jpg