“Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”.

Bunu mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib.

O qeyd edib ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev tapşırıq verib: “Bununla bağlı təkliflər layihəsi hazırlayaraq Səhiyyə Nazirliyinə göndərmişik. Hesab edirəm ki, tez bir zamanda təkliflərimiz qəbul ediləcək”.