Bakının Səbail rayonunda qonşular arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

İqtisadiyyat.az-ın məlumatına görə, dava zamanı bıçaqlanan 1957-ci il təvəllüdlü Hacıyev Şirxan Ədil oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.