Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə getdiyini deyib.

Mişel təhlükəsizlik səbəbiylə daha əvvəl elan olunmayan səfərini sosial mediada paylaşdığı video mesajında ​​açıqlayıb.

Mişel Zelenski ilə yanaşı, Ukraynanın baş naziri Denis Şmıqal və digər rəsmilərlə görüşəcəyini bildirib.

Görüşdə Ukraynanın Rusiyaya qarşı müharibədə daha güclü olması üçün atılacaq addımları müzakirə olunacaq.