Samuxda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, Samux rayonu Qarabağlar kənd sakini, 1959-cu il təvəllüdlü Süleyman Muradov idarə etdiyi "Vaz -2106" markalı avtomobillə Samux rayonunda hərəkətdə olan piyada, 1961-ci il təvəllüdlü İsmayıl Abdiyevi vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.