ABŞ dövlət katibi Antoni Blinkenin Tonqa Krallığına səfəri zamanı Çinin davranışını “problemli” adlandırmasından sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq “Sakit okean adaları heç bir ölkənin arxa bağçası deyil”, deyə bəyanat verib.

İqtisadiyyat.az bildirir ki, Mao bu açıqlaması ilə Blinkenin "Çinin bölgədəki əlaqəsi artdıqca, bizim nöqteyi-nəzərimizdən bəzi problemli davranışlarda artım oldu" sözlərinə cavab verib:

"Sakit okean adaları heç bir ölkənin arxa bağçası deyil. Ümid edirik ki, ABŞ Sakit okean adalarının inkişafına səmimi yardım edəcək və bu ölkələrə öz inkişaf və sabitlik məqsədlərinə çatmağa dəstək olacaq".