2002-2020-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən artıq sahibkara 2,6 milyard manat güzəştli kredit verilib.

Bunu nazir Mikayıl Cabbarov bildirib.

"Bu kreditlər 173 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb", - o qeyd edib.