Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də Ramana qəsəbəsindəki evlərin birindən 275 manat pul və mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Abbasov müəyyən olunaraq saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.