Bakı şəhərinin Sabunçu qəsəbəsində ümuni sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

21:13

Bakının Sabunçu rayonunda evdə yanğın olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın məhdudlaşdırılıb.