Təchizat Zənciri Liderləri Zirvəsinə çox böyük maraq var.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tədbirin təşkilatçılarından olan “ADMEDİA” reklam agentliyinin direktoru Sabit Məmmədov deyib.

"Nəzərinizə çatdırım ki, sayca 20-ci forumdur ki, həyata keçiririk, yəni təşkilatçılıq bizim tərəfimizdən icra olunur. Bu tədbirimiz də 3 paneldən ibarətdir. 1-ci panel dövlət satınalmalarına həsr olunub. Dövlət satınalmalarından, rəqabətdə şəffaflıqdan danışılır. 2-ci panel strateji idarəetmə, 3-cü panel isə gələcəyin dizaynı adındadır. Tədbirə dövlət qurumlarından spikerlər dəvət olunub. Burada İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən, Mənzil İnşaat Dövlət Agentliyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Daxili İşlər Nazirliyindən və Maliyyə Nazirliyinin Baş Xəzinədarlıq Agentliyindən spikerlər var. Ünvanlanan sualların əsas hissəsini yanvar ayının 1-dən qüvvəyə minmiş dövlət satınalmaları haqqında qanun və ona edilmiş dəyişikliklərlə bağlıdır. Bundan əlavə, Rəqabət Məcəlləsi haqqında danışılır", - o əlavə edib.