Saatlı rayonunda bədbəxt hadisə zamanı 53 yaşlı kişi ağır xəsarət alıb.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Zeynalov Tofiq Əliheydər oğlunun üzərini ağac aşıb.

Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.