Avropada yeni hərbi hərəkətlilik gözlənilir.

İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir ki, NATO Soyuq Müharibədən bəri ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır.

Məlumatda qeyd olunub ki, NATO-nun bu təlimləri Rusiya tərəfinə “alyansın müharibəyə hər an hazır olduğunu” nümayiş etdirmək məqsədi daşıyır.

“Steadfast Defender” adlanan təlimdə ən azı 41 min hərbçi və 50-dən çox gəmi iştirak edəcək. Manevrlər zamanı hərbçilər 500-dən 700-ə qədər uçuş həyata keçirəcəklər.

Nəşrin məlumatına görə, qoşunlar üçün daha real vəziyyətlər yaratmaq üçün real coğrafi məlumatlardan istifadə edilməsi planlaşdırılır.

Təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Təlimlərdə alyansa üzv ölkələrlə yanaşı, İsveç də iştirak edəcək.

 

Gözəl Həşimova