Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti və Xarici İşlər Nazirliyi bu ilin birinci yarısında ölkəyə gələn xarici turistlərin sayını açıqlayıb.

İqtisadiyyat.az "Sputnik Türkiye"yə istinadən xəbər verir ki, sözügedən dövrdə Rusiyaya ən çox turist göndərən ölkə 32,3 min ilə Çin olub.

Bu siyahıda ikinci yeri Türkiyə tutub. Belə ki, Rusiyaya bu dövrdə 20,6 min türk turist səfər edib. Bu siyahıda üçüncü yeri 14,1 min turist ilə Türkmənistan, 12,5 min turist ilə Almaniya, 9,3 min turist ilə İran tutub.

 

Gözəl Həşimova