2022-ci ilin sonuna xarici dövlətlərin və onların rezidentlərinin Rusiyaya borcu 28,9 milyard dollar təşkil edib. Bu məbləğ 2021-ci illə müqayisədə 2,3 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Bildirilib ki, ötən ilin sonuna 37 ölkənin Rusiyaya borcu olub. Hesabat dövründə Rusiyaya ən çox dövlət borcu olan ölkə Belarus olub.

Məlumata görə, Rusiyaya Belarusun 8,24 milyard dollar, Banqladeşin 5,86 milyard dollar, Hindistanın isə 3,75 milyard dollar borcu var.

 

Gözəl Həşimova