Rusiyanın xarici ticarətdə müsbət saldosu ilin ilk 8 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz azalaraq 72,6 milyard dollara düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bankın məlumatlarına görə, ölkənin cari balansının profisiti bu ilin ilk 8 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 86,1 faiz azalaraq 25,6 milyard dollara düşüb.

Sözügedən dövrdə ölkənin xarici ticarət profisiti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz azalaraq 72,6 milyard dollara düşüb.

Xarici ticarət profisitinin azalmasının idxalın artması, ixrac mallarının qiymətlərinin düşməsi və rusların turizm mövsümündə xarici ölkələrə səfərlərinin başlaması ilə bağlı olduğu vurğulanıb.

Rusiyanın xarici ticarət profisiti 2022-ci ildə əvvəlki ilə nisbətən 66 faiz artaraq 282,3 milyard dollara çatıb.