Rusiyanın təbii qaz hasilatı bu ilin ilk yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azalaraq 267 milyard kubmetrə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Təşkilatı (Rosstat) məlumat yayıb.

Məlumata görə, ölkənin təbii qaz hasilatı iyun ayında əvvəlki aya görə yüzdə 12,5 azalaraq 34,6 milyard kubmetrə düşüb.

İlin birinci yarısında Rusiyanın təbii qaz hasilatı əvvəlki ilə nisbətən 14,9 faiz azalaraq 267 milyard kubmetrə, mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı isə 4,5 faiz azalaraq 16 milyon tona düşüb.

Bir çox Avropa ölkəsi Ukrayna müharibəsi və sanksiyalara görə Rusiyadan təbii qaz idxalını dayandırrıb, bəzi ölkələr tam olmasa da, əhəmiyyətli dərəcədə azaldıb.

Rusiya Avropa təbii qaz bazarında yaşadığı itkiləri Asiya bazarına qaz ixracını artırmaqla kompensasiya etməyi hədəfləyir.