Rusiyanın bu ilin yanvar-iyun ayları ərzində dövlət borcu 25 trilyon rubla (ÜDM-in 16,7 faizi) qədər artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Hesablama Palatası məlumat yayıb.

Hesabat dövründə ən çox daxili borclanmanın həcmi artıb - 20,2 trilyon rubla qədər. Maliyyə Nazirliyinin planlarına görə, ilin sonuna qədər yekun dövlət borcu 25,4 trilyon rubl təşkil etməlidir.

 

Gözəl Həşimova