Rusiyanın Afrika ilə münasibətləri üçüncü ölkələrə qarşı yönəlməyib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlim sözçüsü Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın bu qitədə sabitliyi pozacağına dair sözlərini şərh edərkən bildirib.

“Bu münasibətlər heç bir şəkildə üçüncü ölkələrə qarşı yönəlməyib və yönələ bilməz. Amma biz də istəməzdik ki, bu münasibətlər əslində kiminsə narahatçılığına səbəb olsun”, - deyə Peskov vurğulayıb.