İyulda Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmi illik müqayisədə 26,6% azalaraq 73,8 milyon dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının saytında dərc edilmiş məlumatda deyilir.

Məlumata görə, bu göstərici 2022-ci ilin martından bəri ən aşağı səviyyədir. Buna baxmayaraq, Gürcüstana göndərilən vəsaitin həcminə görə Rusiya birinci (24,5%), İtaliya ikinci (15%), ABŞ isə üçüncü yeri (13,2%) tutub.

 

Gözəl Həşimova