Rusiya Fransaya xəbərdarlıq edib.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Fransanın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarına cavab verəcək: "Qərb ölkələrinin Ukraynaya yeni silahlar verməsi onun taleyini daha da ağırlaşdırır".

Əlavə edək ki, Fransa Prezidenti Emmanuel Makron bu gün deyib ki, Paris Kiyevə uzaqmənzilli raketlər göndərəcək.