Ermənistana uçan Rusiya aviaşirkətinin təyyarəsini ildırım vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Aviaincident” Teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, iyunun 9-da Samaradan İrəvana uçan “Airbus A319” təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Belə ki, təyyarə havada olarkən onu ildırım vurub.

Qeyd olunur ki, pilotlar təyinat aerodromuna getmək qərarına gəliblər. Eniş təhlükəsiz həyata keçirilib, təyyarədə olan sərnişin və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.