Rusiyanın Ryazan şəhərində ikimərtəbəli binada baş verən qaz partlayışı nəticəsində iki nəfərin yaralandığı bildirilib.


İqtisadiyyat.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında, “İlkin təyinatlara görə, qaz partlayışı otaqlar arasındakı divarın uçmasına səbəb olub. Nəticədə ikinci mərtəbə qismən çökərək aşağı mərtəbəyə keçib. Yanğın yoxdur”.


Ryazan qubernatoru Pavel Malkov Telegram hesabında hadisə zamanı yaralanan iki nəfərin xəstəxanaya yerləşdirildiyini paylaşıb.
Malkov hadisə yerindədir.