"2024 Yanvarın 1-dən Rusiyada hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa, aşağı həddi isə 18 yaşa qaldırılacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Qeyd edilib ki, 2023-cü ilin avqust ayında Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 27-dən 30-a qaldırılması haqqında qanun imzalayıb. Dövlət Dumasında və Federasiya Şurasındakı müzakirələrə baxmayaraq, aşağı hədd 18 olaraq qalıb.

Eyni zamanda, Rusiya Federasiyasının prezidenti bildiriş aldıqdan sonra vətəndaşların xaricə getməsini qadağan edən qanunu imzalayıb. İndi hərbi komissarlıq çağırışçıya bildiriş göndərildiyi gün onun üçün sərhədlərin bağlanması barədə qərar qəbul edə bilər.