“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi asan getmir, bunu hamımız çox yaxşı görür və başa düşürük, lakin sülhün alternativi yoxdur. Bununla bağlı məsələlər, xüsusən də dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə müzakirə olunub”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Biz qeyd edilən təmasların yaxın aylarda baş tutacağını gözləyirik”, - o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Azərbaycanla Ermənistan arasında barışıq prosesi humanitar sahəni də əhatə etməlidir: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-dəki üçtərəfli bəyanatında qeyd olunduğu kimi, ictimaiyyət nümayəndələri, ekspertlər, Azərbaycan və Ermənistanın dini liderləri arasında dialoqun davam etdirilməsi üçün Rusiyanın yardımı ilə müsbət ab-havanın yaradılması vacibdir”.