Moskva OPEC+ ölkələri ilə Rusiya neftinin xarici bazarlara tədarükünü azaltmaq üçün razılığa gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə deyib.

"Bəli, razılığa gəldik. Amma biz əsas şərtləri gələn həftə açıqlayacağıq", - o, Putinin hökumətin OPEC tərəfdaşları ilə Rusiya neftinin xarici bazarlara tədarükünün azaldılması ilə bağlı razılığa gələ bilib-bilməyəcəyi ilə bağlı sualına cavab verib.