Rusiya prezidenti Vladimir Putin noyabrın 21-də Moskvada tacikistanlı həmkarı Emomali Rəhmon ilə danışıqlar aparacaq.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, liderlər ikitərəfli strateji tərəfdaşlıq məsələlərini, həmçinin regional və beynəlxalq gündəliyi müzakirə edəcəklər.

Bundan əlavə, görüş zamanı ticari-iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri, Rusiya-Tacikistan strateji tərəfdaşlığının digər əsas aspektləri müzakirə ediləcək.

Putin və Rəhmon arasında aparılan danışıqlar nəticəsində bir neçə mühüm ikitərəfli sənədlər də imzalanacaq.

 

Gözəl Həşimova