İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla bir sıra regional və ikitərəfli məsələləri müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu görüş Nyu-York şəhərində BMT Baş Assambleyasının illik sessiyası zamanı baş tutub.

Xarici işlər nazirləri qarşılıqlı maraq doğuran mövzuları, o cümlədən Cənubi Qafqaz regionunda və Qarabağdakı prosesləri müzakirə ediblər.

 

Gözəl Həşimova