Rusiya Müdafiə Nazirliyi dünən Donetskin Soledar şəhərini tamamilə nəzarətə götürdüklərini açıqlayıb.

Bu barədə nazirliyin mətbuat katibi İqor Konaşenkov məlumat verib.

O, bildirib ki, yanvarın 12-də axşam saatlarında Donetsk istiqamətində hücum əməliyyatlarının davam etdirilməsi üçün vacib olan Soledar şəhərini azad etdik:

“Soledara tam nəzarət edilməklə, cənub-qərbdəki Bəhmut şəhərində Ukrayna qoşunlarının təchizat marşrutları kəsiləcək. Bununla da isə Ukrayna Silahlı Qüvvələri tələyə düşəcək.

Qeyd edək ki, əməliyyatlar zamanı Ukrayna əsgərlərinə havadan dəstək verən 3 döyüş təyyarəsi və bir helikopteri sıradan çıxarıldı. Eyni zamanda, Rusiya hava hücumundan müdafiə sistemlərinin HIMARS, Oİha, Uraqan raket sistemlərindən atılan 9 raketi də məhv edilib. Rus hava-desant qüvvələrinin mövqelərdəki hakim yüksəklikləri ələ keçirilərək şəhər şimal və cənubdan mühasirəyə alınıb.